KzTrack.Kz » Узбекские » Riad - payiz gecesi

Riad - payiz gecesi

Скачать эту Riad - payiz gecesi песню в высоком формате. Краткая информация о песне (128 кб / с, 2,73 MB)
Riad - payiz gecesi
Прослушать онлайн песню
Скачать песню
  • Слушали: 223
  • Размер: 2,73 MB
  • Длительность: 2:58
  • Качество: 128 kbps
  • Дата релиза: 24.05.2021
Текст песни: Riad - payiz gecesi
Payız gecəsi, həzin külək, narın atan yagışlar
Qara buludlu, sərin havada soyuq-soyuq baxışlar

Sakit otaq, bir siqaret xatirələr bir de mən
Üzümdə bir qürür fəqət içimdə yalvarışlar

Səninlə mən bir ruh idik ayrı-ayrı bədəndə
Bağışlamışdım səni mən, mənə bu səhvi edəndə

Sən əslində elə də qəbahətli bir şey etmədin
Mənə bir həyat dərsi oldu tərk eliyib gedəndə

Qara gözündən işarətdir həyatımda qaranlıq
Zaman keçir çıxıb gedir vəfasızdı cavanlıq

Mən gələcək günlərimi, hamınl fəda edərdim
Birce defe gözüm gözünü görsə idi bir anlıq

Şeh düşəndə səhərə yaxın gül üstündə jalələr
Al yanaqların misali düzənlikdə lalələr

Göyə baxaraq dərdlərimi buludlarla bölüşürəm
Buludların göz yaşının səbəbidi ah-nalələr

Sen gedəni üzümdə qəm, gözümsə intizarlı
Saçıma ağ düşər görünər uca dağın üstü qarlı

Sən gedişinlə mənə dağ cekdin, amma, sevgilim
Bu dağı elə sənin çəkməyindi edən vüqarlı

Necə də çıxartdın mənə verdiyin əhdi yadından
Mən səni seçmişdim özümə yar o qədər qadından

Nə olsun ki, eşitmirsən, unutmusan bəlkə də
Mənsə şerlerde istifadə edirəm adından

Bu hala nə cür düşdüyümü anlamadım özüm də
Hələ də sənin xeyalındı duran nəmli gözümdə

Hər şerdə gizlədirəm adını sözlər içində
Özünü taparsan əgər axtarsan məna sözümdə

Kipriyin ox qaşın kaman, atıb urəyimi dələrdin
Mən ölməmiş sağlığımda bircə dəfə gələrdin

Üz-Üzə duraq gözünə baxım sənə danışım dərdimi
Sənə sənin haqqında danışsam ele kovrələrdin