KzTrack.Kz » Новинки » Riad - Gec Olacaq

Riad - Gec Olacaq

Скачать эту Riad - Gec Olacaq песню в высоком формате. Краткая информация о песне (128 кб / с, 2,09 MB)
Riad - Gec Olacaq
Прослушать онлайн песню
Скачать песню
  • Слушали: 486
  • Размер: 2,09 MB
  • Длительность: 2:16
  • Качество: 128 kbps
  • Дата релиза: 18.06.2021
Текст песни: Riad - Gec Olacaq
Mən yenə sən olan günlərə döndüm
Hər gecə yuxumda bir səni gördüm

Sən elə bilirsən yaşıyıram amma
Sən gedən andan mən hər gün öldüm

Yenə də külək mənə səndən danışıb
Saçının ətri də sözlərə qarışıb

Həmişəki kimi yenə gözəlsən canım
Mənsizlik belə sənə çox yaraşıb

Tək çəkirəm indi bu yükü belimdə
Göylərə baxıram siqaret əlimdə

Sən mənim adımı unuda bilərsən
Sənin adın isə hələ də dilimdə

Mənə adi gəlir indi bu hallar
İçində sən olan çoxlu xəyallar

Bizimki niyə olmadı, niyə getdi
Beynimi dolduran eyni suallar

Minini fəda edərəm bir qadına
Yazıram hər dəfə şeirlər adına

Bu səfər də həmin ümidlə yazdım
Bəlkə qulaq asıb məni sala yadına

Göz yaşı intihar edər yanağda
Hələ görəcək günlərim qabağda

Mən necə xoşbəxtlikdən uzağsam
Bir o qədər də sən məndən uzağda

Biz necə gəldik bu günə, dünəndən
Mən qopa bilmirəm indi də səndən

Mən özümü tapmışdım bir səndə
Sən gedərək məni aldın məndən

Yenə çılğın kim əsər küləklər
Sınar ağaclar solar çiçəklər

Belə hadisələrdən bizə də olur
Bir fəlakətdə qırılır ürəklər

Şəklinə baxıram yenə telefonda
Fikirlərimi qeyd edirəm sonda

Gün gələcək başa düşəcəksən məni
Qorxuramki çox gec olacaq onda