KzTrack.Kz » Новинки » Elvin Nasir, Seyyid Taleh - Zaman

Elvin Nasir, Seyyid Taleh - Zaman

Скачать эту Elvin Nasir, Seyyid Taleh - Zaman песню в высоком формате. Краткая информация о песне (128 кб / с, 4,39 MB)
Elvin Nasir, Seyyid Taleh - Zaman
Прослушать онлайн песню
Скачать песню
  • Слушали: 466
  • Размер: 4,39 MB
  • Длительность: 4:47
  • Качество: 128 kbps
  • Дата релиза: 24.04.2021
Текст песни: Elvin Nasir, Seyyid Taleh - Zaman
Sözləri

Azalır ümidim
Azalır sabaha
Ağarır qara saç əsir əl də daha

Baxıram savaba baxıram günaha
Döyülən qapıda Ölümün özü var

Baxıram susaraq əcəlin üzünə
O baxır yenə də qapanan gözümə

Deyirəm gəl apar o susur və baxır
O baxır gözümə üzümə yaş axır

Can aparır,əzrayıl can aparır
Çatıbsa vaxtı,zaman vermiyir imkan aparır

Titrəyir əlim,qolum başım hərlənir deyəsən
Ürəyim tir tir əsir,gözümdə leysan,aparır

Ölü cansız bədənim içindədir tabutumun
Məni dəfn eyləməyə bir qrup insan aparır

Vay olsun halıma,ki mənim tək bəndə
Sonuncu mənzilinə bir belə nöqsan aparır

Mən səni gözləmirdim əcəl,yaman tez gəldin
Məni qaytar həyata çay kimi səssizcə axım

Nə gözəl əsir küləklər o kiçik pencərədən
Mənə bir fürsət ver bu dünyaya bir də baxım

Mənimki arzularım,ümidlərim qalmışdı
Əcəlin yelləri əsmiş ömrümün sarayına

Hardadır dost-tanışım,hardadır var dövlət
Bir nəfər yoxmudur məgər yetişsin harayıma

Üşüdür canımı əcəlin küləyi
Sıxılır boğazım,bükülür biləyim

Kəsilir nəfəsim,dayanır ürəyim
Döyülən qapıda,ölümün özü var

Bu dünya kimləri almış,unudub kimləri gör
Cəmi 40 gündür matəmin,əzab iztirab edərlər

Canın ki çıxır bədəndən itirsən adını
Sənə isminlə deyil mərhum deyə xitab edərlər

Ayığ ol ey bəndə,hər gün ölümü düşün
Nə qədər dünyaya dair xəyalə dalacaqsan?

Üstündə gəzdiyimiz dünyanı yox edər Allah
Sənimi saxlayacaq,sənmi qalacaqsan?

Bəlkə də ölüm küləkdir əsəndə xəzan olur
Biz payız vaxtı ağaclarda saralmış yarpağ

Dünyanın malından ötrü,bir ömrü xərcləmişəm
İndi bir kəfənim var,bir dəki qara torpağ

Baxıram susaraq əcəlin üzünə
O baxır yenə də qapanan gözümə

Deyirəm gəl apar o susur və baxır
O baxır gözümə üzümə yaş axır