KzTrack.Kz » Новинки » Talıb Tale, Zeynəb Həsəni - Narın Narın

Talıb Tale, Zeynəb Həsəni - Narın Narın

Скачать эту Talıb Tale, Zeynəb Həsəni - Narın Narın песню в высоком формате. Краткая информация о песне (128 кб / с, 3,83 MB)
Talıb Tale, Zeynəb Həsəni - Narın Narın
Прослушать онлайн песню
Скачать песню
  • Слушали: 480
  • Размер: 3,83 MB
  • Длительность: 4:10
  • Качество: 128 kbps
  • Дата релиза: 17.07.2021
Текст песни: Talıb Tale, Zeynəb Həsəni - Narın Narın
Nə gözəl gün bu gün, təbiət könlüm açır
Sevgi dolu qəlbim, yenə səni danışır,
Cingildəsin qulaqların, cingildəsin qulaqların

Sevgim coşub daşır, sellər sular kimi
Budaqları sarıyan sarmaşıqlar kimi
Məni sara qolların, məni sara qolların

Yadıma düşmüsən yenə narın-narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə bu eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın

Çin olar arzular nə keçir qəlbindən
Qovuşunca biz yenə gülüm sevincimdən
İslanar yanaqlarım, islanar yanaqlarım

Dağlar qərib qalar, olsa duman çənsiz
Biləsən, sevgilim, səndən ayrı sənsiz
Nələr çəkir bu yarın, nələr çəkir bu yarın

Yadıma düşmüsən yenə narın-narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə bu eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın